Əfqanıstanın Herat şəhərində məsciddə cümə namazı zamanı güclü partlayış törədilib.
Partlayış nəticəsində azı 50 nəfər həyatını itirib, 100-ə yaxın yaralının olduğu bildirilir.
Terror aktı nəticəsində məscidin imamı, “Taliban”a yaxınlığı ilə tanınan və Əfqanıstanda İŞİD-ə qarşı barışmaz mövqeyi ilə seçilən Mucib Rəhman Ənsarinin də həlak olduğu bildirilir.
Hələlik heç bir qruplaşma partlayışı öz üzərinə götürməsə də, insidentin arxasında İŞİD-in dayandığı şübhə doğurmur.
Mənbə: Aamaj News
www.102info.az