“Abşeron Yarımadasının 70 faizi kanalizasiya sistemi ilə təmin edilməyib”.
Oxu.Az-ın məlumatına görə, bunu “Azərsu” ASC-nin Planlaşdırma və Layihələndirmə Departamentinin rəisi Bahadur Kəngərli bildirib.
Onun sözlərinə görə, Bakı şəhərinin mərkəzi hissəsi tullantı su sistemi ilə təmin edilib:
“Sumqayıt və Xırdalan şəhəri, Mərdəkan, Şüvəlan və Buzovnada nisbətən tullantı su sistemi ilə təmin edilib”.
O qeyd edib ki, ASC-nin sifarişi ilə Xəzər dənizinin sahilindəki, eləcə də ölkənin digər şəhər və rayonlardakı yaşayış məntəqələrində formalaşan tullantı sularının qüvvədə olan normativlərə uyğun təmizlənərək kənarlaşdırılması istiqamətində layihələr hazırlanıb.
İlhamə Əbülfət
www.102info.az