Qatarlara daş atanları hansı cəza gözləyir?

Baş səhifə

Bakı. Trend:

2026-cı ilin ilk 10 ayında Azərbaycan Dəmir Yollarının (ADY)
qatarlarına daş atılması ilə bağlı 26 hadisə qeydə alınıb.

Bu barədə ADY məlumat yayıb.

Bildirilib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə belə
hadisələrin sayı 40 faizə yaxın azalıb.

Qeyd olunub ki, qatarlara daş atılması qatarların şüşələrinə və
digər hissələrinə ziyan vurmaqla yanaşı, sərnişinlərin,
maşinistlərin və qatar bələdçilərinin təhlükəsizliyini riskə atır,
həmçinin qatarların hərəkətində gecikmələrə səbəb olur və sərnişin
və yük daşımalarının fasiləsizliyinə mənfi təsir göstərir.




ADY-nin məlumatına görə, aşkarlanmış faktlarla bağlı Dəmir Yolu
Nəqliyyatında Polis İdarəsinə məlumat verilib və hər bir fakt üzrə
müvafiq araşdırma aparılaraq hüquqi məsuliyyət tədbirləri
görülüb.

Vurğulanıb ki, qatarlara daş atmağa görə şəxslər Azərbaycan
Respublikasının qanunvericiliyinə uyğun olaraq məsuliyyətə cəlb
oluna və vurduqları maddi ziyanı ödəməli ola bilərlər.

Dəmir yolu ərazisində təhlükəsizliyə təhdid yaradan hallarla
qarşılaşan şəxslərdən Daxili İşlər Nazirliyinin “102” Zəng
Mərkəzinə və ADY-nin “1822” Əlaqə Mərkəzinə məlumat vermələri xahiş
olunur.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir