Rusiyada "Monte Melkonyan" filminin nümayişi qadağan edildi

Baş səhifə

Rusiyanın bir sıra şəhərlərində “Monte” filminin planlaşdırılan nümayişləri hakimiyyətin qadağası səbəbindən baş tutmayacaq.

Modern.az xəbər verir ki, bu barədə filmin istehsalı ilə məşğul olan “Genetic Production” şirkəti məlumat yayıb.

Şirkətdən bildirilib ki, yaranmış vəziyyətlə əlaqədar kinoteatrlar filmi nümayiş etdirməkdən imtina etməyə məcbur olublar.

“Hazırda komandamız yaranmış vəziyyətdən çıxış yolu tapmaq və filmi tamaşaçılara təqdim etmək üçün bütün mümkün variantları nəzərdən keçirir”, – deyə şirkətin bəyanatında bildirilib.

Açıqlamada filmin nümayişinin qadağan edilməsinin konkret səbəbləri göstərilməyib.

Xatırladaq ki, “ASALA” terror qruplaşmasının üzvü olmu. Monte Melkonyan Azərbaycana qarşı hərbi təcavüzdə, Qarabağda törədilən terror aktlarındfa aktiv iştirak edib. O 1993-cu ilin iyununda Ağdam ərazisində Milli Ordumuz tərəfindən məhv edilib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir