Qarabağ separatçıları İrəvanda yeni ofis axtarır

Baş səhifə

Bakı. Trend:

Ermənistanın paytaxtı İrəvanda fəaliyyət göstərən qondarma rejim
nümayəndələri özləri üçün yeni ofis axtarır.

Bu barədə “Qraparak” qəzeti mənbələrinə istinadən məlumat
yayıb.

Nəşrin məlumatına görə, keçmiş qondarma rejimin nümayəndələri
bir neçə sahibkara müraciət edərək yeni nümayəndəlik üçün uyğun
məkan tapmaqda kömək istəyiblər.




Məlumata əsasən, noyabrın 26-da Apellyasiya İnzibati Məhkəməsi
separatçıların “İrəvandakı nümayəndəliyinin” hazırkı binasının
mülkiyyət hüququ ilə bağlı mübahisəyə baxacaq.

Məhkəmənin Baş Prokurorluğun əmlakın qeydiyyatının etibarsız
sayılması tələbi ilə razılşacağı gözlənilir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir