Azərbaycanın baş diplomatı Gürcüstana təşəkkür edib

Baş səhifə

Gürcüstan regionda formalaşan yeni reallıqlara öz töhfəsini verir.

Modern.az xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov gürcüstanlı həmkarı Maka Botçorişvili ilə birgə  mətbuat konfransında deyib.

“Regionumuzda formalaşan yeni reallığa uyğun ölkəmiz üzərindən Ermənistana üçüncü ölkə tərəfindən tranzit təmin edilir. Ötən 10 illiklər ərzində baş verməyən bir yenilik də oldu. Gürcüstan nəqliyyat sistemi vasitiəsilə Ermənistana bir sıra malların, ilk növbədə neft məhsullarının təchizatı başladı. Bu da Gürcüstanın yeni reallıqların formalaşmasına öz töhfəsini verdiyini göstərir. Ölkəmiz adından bir daha təşəkkür etmək istərdim”,- deyə nazir deyib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir