Borrel və Pompeo xarici tərəfləri Qarabağda təhlükəli fəaliyyətlərdən çəkinməyə çağırıb

Siyasət

Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali nümayəndəsi Jozep Borrel və ABŞ Dövlət katibi Mayk Pompeo arasında telefon danışığı baş tutub.

TASS-ın məlumatına görə, tərəflər telefon söhbəti zamanı Dağlıq Qarabağdakı vəziyyəti müzakirə ediblər və xarici tərəfləri təhlükəli fəaliyyətlərdən çəkinməyə çağırıblar.

“Hər iki qurum rəhbəri Dağlıq Qarabağ münaqişəsi zonasındakı vəziyyəti də qiymətləndirib və hərbi əməliyyatların dərhal dayandırılmasına və razılaşdırılmış atəşkəs rejiminə əməl olunmasına çağırış ediblər. Onlar tərəfləri dərhal ATƏT-in Minsk Qrupu həmsədrlərinin vasitəsilə tutarlı danışıqları bərpa etməyə çağırıblar”, – deyə Aİ-nin Xarici Siyasət Xidmətinin telefon danışığı ilə bağlı bəyanatında bildirilib.

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir