Londonda metro maşinistlərinin tətili başlayıb

Baş səhifə

Bakı.Trend:

İngiltərənin paytaxtı Londonda metro maşinistlərinin tətili
başlayıb.

TASS-ın məlumatına görə, bu, 2027-ci ilin fevralınadək
keçirilməsi planlaşdırılan 24 saatlıq səkkiz tətil aksiyasından
birincisidir.

Londonda ictimai nəqliyyatın fəaliyyətinə cavabdeh olan “Transport for London” (TfL) təşkilatının saytında yer alan
məlumata görə, Dairəvi xətt (Circle line) üzrə qatarların hərəkəti
tamamilə dayandırılıb.




Saat 12:00-da (Bakı vaxtı ilə 16:00) Pikadilli və Vaterloo-Siti
xətlərində də qatarların hərəkətinin dayandırılması nəzərdə tutulsa
da, hələlik bu xətlər fəaliyyət göstərir. Digər xətlərdə qatarlar
hərəkət edir, lakin fasilələrin yaranacağı və vaqonlarda sıxlığın
artacağı gözlənilir.

Dekabr və yanvar aylarında daha iki, fevralda isə üç tətil
aksiyasının keçirilməsi planlaşdırılır. Aksiyalar Dəmir Yolu, Dəniz
və Nəqliyyat İşçiləri Həmkarlar İttifaqı (RMT) tərəfindən təşkil
olunub. İttifaq iş günlərinin sayının dördə endirilməsini, lakin iş
qrafikinin daha intensiv olmasını nəzərdə tutan təklifə qarşı
çıxır. Sonradan metro rəhbərliyi maşinistlərə hazırda çalışdıqları
depoda qalacaqlarına zəmanət verilməklə, beşgünlük iş qrafikini
saxlamaq imkanı da təklif edib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir