İsrail hökuməti səs-küy və hava çirkliliyini azaltmaq üçün “Boeing 747” və buna bənzər dörd mühərrikli təyyarələrin uçuşunu qadağan etmək qərarına gəlib.
Uçuş qadağasının 31 mart 2023-cü ildə qüvvəyə minəcəyi gözlənilir.
Dörd mühərrikli təyyarələrin istismarına müstəsna hallarda yalnız xüsusi lisenziya ilə icazə veriləcək.
Ətraf mühitin yaxşılaşdırılması üçün hazırlanan planın bir hissəsi olaraq İsrail səlahiyyətliləri 2023-cü ilin yay mövsümündən etibarən Tel-Əviv yaxınlığındakı Ben Qurion hava limanına böyük təyyarələrin enişini qadağan edəcəkləri barədə hava yollarını artıq məlumatlanıblar.
Məhdudiyyət əsasən yük təyyarələrinə aiddir, çünki əksər daşıyıcılar İsrailə gedən sərnişin marşrutlarda artıq “Boeing 747” və digər dörd mühərrikli təyyarələrdən istifadəni dayandırıb.
Mənbə: unian.net
www.102info.az