Avtomatik stansiyalardan əldə edilən məlumata əsasən, Bakıda və Abşeron yarımadasında tozlu hava şəraiti müşahidə olunur.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova Oxu.Az-a bildirib ki, müşahidə olunan tozlu hava şəraiti lokal xarakterlidir.
“Dispers toz hissəcikləri Nizami rayonunda 1.5, Səbail rayonunda 1.6 dəfə normadan yüksək qeydə alınıb. Sinoptik vəziyyətlə əlaqədar şimal-qərb istiqamətli küləklərin güclənməsi nəticəsində tozlu hava şəraitinin gün ərzində davam edəcəyi gözlənilir”.
www.102info.az