Avropa Komissiyası bu həftə Ukraynaya daha beş milyard avro makromaliyyə yardımı təklif edəcək.
Bu barədə Avropa Komissiyasının (AK) sədri Ursula fon der Lyayen “Twitter” mikrobloqunda məlumat verib.
O vurğulayıb ki, Ukraynadakı vəziyyət hələ də Avropa İttifaqından dəstək tələb edir.
“Təqdim olunan 10 milyard avrodan əlavə bu həftə beş milyard avro makromaliyyə yardımı da təklif edəcəyik”, – deyə AK sədri bildirib.
Fon der Lyayen qeyd edib ki, Avropa İttifaqı nə qədər lazımdırsa, o qədər də Ukraynanın tərəfində olacaq.
Mənbə: UNIAN
www.102info.az