Türkiyədə avtobus zəncirvari qəzaya səbəb oldu: Yaralılar var – VİDEO

Dünya

Türkiyənin İstanbul şəhərində sərnişin avtobusu eyni istiqamətdə hərəkətdə olan avtomobillərlə toqquşub.

Avtobusun nömrəsi və sürücüsünün şəxsiyyəti barədə hələ ki dəqiq məlumat verilmir.

Arxadan gələn nəqliyyat vasitələri də avtobusa çırpılıb və nəticədə 7 avtomobil zərər görüb. Qəza yerinə yanğınsöndürənlər və təcili yardım əməkdaşları cəlb edilib.

İlkin məlumata görə, qəza nəticəsində 14 nəfər xəsarət alıb. Yaralılar bölgədəki xəstəxanalara aparılıb.

Mənbə: Haber Global

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir