Cəlilabadda sürücülük vəsiqəsi olmayan, narkotik vasitənin təsiri altındakı sürücü həbs edilib

Kriminal

Cəlilabadda narkotik vasitənin təsiri altında olan sürücü həbs edilib.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Cəlilabad şəhəri ərazisində hərəkətdə olan VAZ-21074 markalı avtomobilin sürücüsü qayda pozuntusuna yol verdiyi üçün Cəlilabad RPŞ-nin dövlət yol polisi bölməsinin əməkdaşları tərəfindən ona “saxla” işarəsi verilib. Bu zaman həmin nəqliyyat vasitəsini idarə edən Cəlilabad rayon sakini E.Dilavərovun sürücülük vəsiqəsinin olmadığı müəyyən edilib. Eyni zamanda həmin şəxsin narkotik vasitə qəbul etməsinə dair şübhələr yaranıb və müvafiq tibbi müayinədən keçirilməsi təmin edilib. Müayinənin nəticəsinə əsasən E.Dilavərovun narkotik vasitədən istifadə etdiyi məlum olub.

Həmin şəxsin barəsində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün Cəlilabad Rayon Məhkəməsinə göndərilib və məhkəmənin qərarı ilə o inzibati qaydada həbs edilib.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir