Türkiyədə meqastar Tarkan İzmirin işğaldan azad olunmasının 100-cü ildönümü münasibətilə pulsuz konsert verəcək.
İzmirin Gündoğdu meydanında sentyabrın 9-da baş tutacaq konserti ətrafdakı binaların eyvanlarından izləmək istəyənlər bir gecəlik evlər kirayələyirlər.
Ev alqı-satqısı ilə məşğul olanlar deyirlər ki, eyvanlı evlər bir gecəlik 100 dollardan 500 dollara qədər kirayə götürülür. Hətta balıqçı qayıqları da konserti izləmək istəyənlərə kirayə verilir.
Mənbə: Hürriyet
www.102info.az