Cəlilabad rayonunda fermada yanğın olub.
“Report”un Muğan bürosunun məlumatına görə, hadisə rayonun Sərhədabad kəndində, Anar Qasımova məxsus təsərrüfatda qeydə alınıb.
Yanğın nəticəsində 29 baş iribuynuzlu mal-qara tələf olub və altı ton ot yanıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Cəlilabad Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi və texnikaları cəlb edilib.
Yanğın söndürülüb və genişlənməsinin qarşısı alınıb.
Faktla bağlı araşdırma aparılır.


www.102info.az