Çində baş verən zəlzələdə həlak olanların sayı 74 nəfərə çatıb.
Təbii fəlakət nəticəsində ümumilikdə 259 nəfər xəsarət alıb, 26 nəfər isə itkin düşüb.
Sentyabrın 6-na olan məlumatlarda 65 nəfərin həlak olduğu bildirilirdi.
Qeyd edək ki, sentyabrın 5-də Çinin Sıçuan əyalətində 6,8 bal gücündə zəlzələ baş verib.



Mənbə: Reuters
www.102info.az