Paşinyan: “Ermənistan Azərbaycanla sərhədlərin açılmasında maraqlıdır”

Müharibə

“Ermənistan Azərbaycanla sərhədlərin açılmasında maraqlıdır”.

Bunu Ermənistanın baş naziri Nikol Paşinyan Şərq İqtisadi Forumunun plenar iclasında çıxışı zamanı bildirib.

O, Rusiyanın dəstəyi ilə prosesi başa çatdırmağı gözlədiyini vurğulayıb.

“Cənubi Qafqazda nəqliyyat kommunikasiyaları üzrə üçtərəfli komissiyanın işində irəliləyiş var, lakin hələlik bütün məsələlər həll olunmayıb”, – deyə Paşinyan qeyd edib.

Baş nazir çıxışında İrəvanın Ankara ilə münasibətlərinin normallaşmasına ümid etdiyini bildirib.

“Biz Türkiyə ilə danışıqlara başladıq. Rusiyanın dəstəyi ilə bu ölkə ilə münasibətləri yaxşılaşdıracağımıza ümid edirik”, – deyə o əlavə edib.

Ermənistanın hökumət başçısı həmçinin bəyan edib ki, Rusiyanın Ukrayna ilə müharibəyə başının qarışmasından istifadə edərək Cənubi Qafqazda sabitliyi pozmaq istəyən qüvvələr var.

Mənbə: TASS

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir