Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəhbəri Tedros Adhanom Qebreyesus mətbuat konfransı zamanı bildirib ki, ötən həftə ərzində hər 44 saniyədə bir nəfər koronavirusdan ölüb.
Buna baxmayaraq, COVID-19-dan ölənlərin sayı yavaş-yavaş azalmağa başlayır. Belə ki, bu ilin fevral ayından etibarən həftəlik ölüm sayı 80% azalıb, lakin bu tendensiyanın davam edəcəyinə heç bir zəmanət yoxdur.
Ümumdünya Səhiyyə Təşkilatının eksperti Maria van Kerkhove bildirib ki, son vaxtlar gündə 4,4-4,5 milyon koronavirusa yoluxma halı aşkarlanıb, 67-68 minə yaxın ölüm faktı qeydə alınıb.
Mənbə: gazeta.ru
www.102info.az