Gəncə şəhərində 32 nömrəli tam orta məktəbdən edilən şikayət həllini tapıb.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən bildirilib.
Qeyd edilib ki, Gəncə şəhər 32 nömrəli tam orta məktəbdə cədvəldə dəyişiklik edilərək dərslər 6 günlük müəyyənləşdirilib:
“Buna müvafiq olaraq şagirdlərin köçürülməsinə ehtiyac qalmadı. Şagirdlər yeni tədris ilində öz məktəblərində tədrisə cəlb ediləcəklər”.
Qeyd edək ki, bir neçə gün əvvəl övladı sözügedən məktəbdə təhsil alan valideynlər Oxu.Az-ın redaksiyasına yaşadıqları ünvanın yaxınlığında məktəb olduğu halda, uşaqların başqa təhsil ocağına köçürülməsi barədə şikayət ünvanlamışdılar. Həmin məktəbdən 10-dan çox ibtidai sinfin köçürülməsi planlaşdırılırdı.
İlhamə Əbülfət
www.102info.az