Abşeron rayonu Masazır qəsəbəsində bıçaqlanma qeydə alınıb.
APA xəbər verir ki, hadisə Əliağa Vahid küçəsində baş verib.
Belə ki, 1998-ci il təvəllüdlü Rzali Ali Muhamməd oğlu marketin qarşısında iş yoldaşı ilə mübahisə edib.
Mübahisə zamanı o bıçaqlanaraq çoxlu qan itirib.
Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
www.102info.az