ABŞ Dövlət Departamenti Azərbaycanın beş erməni hərbçinin Ermənistana təhvil verməsini alqışlayır.
Bu barədə ABŞ Dövlət Departamentinin mətbuat katibi Ned Prays öz “Twitter”ində yazıb.
“Biz erməni hərbçilərin evlərinə qayıtması ilə bağlı xəbərləri alqışlayırıq, bu, Ermənistan və Azərbaycan sülh prosesi üçün müsbət haldır. Ümid edirik ki, qalan bütün saxlanılanlar da tezliklə öz evlərinə qayıdacaqlar və Azərbaycan, Ermənistan etimad yaratmaq və mövcud fikir ayrılıqlarını həll etmək üçün addımlar atmağa davam edəcəklər”, – mətbuat katibi paylaşımında qeyd edib.
We welcome reports of Armenian detainees returned home, a positive development for Armenia and Azerbaijan peace process. We hope all remaining detainees return home soon and Azerbaijan and Armenia continue taking steps to build trust and resolve outstanding differences.
— Ned Price (@StateDeptSpox) September 9, 2022
www.102info.az