Avropa İttifaqı Azərbaycan tərəfinin beş erməni hərbçisinin Ermənistana təhvil verilməsini alqışlayır.
Bu barədə Aİ-nin Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaar öz “Twitter”ində yazıb.
“Liderlərin avqustun 31-də Brüsseldəki görüşündən sonra Azərbaycan tərəfindən saxlanılan beş erməni hərbçinin azad edilməsi ilə bağlı xəbərini alqışlayırıq. Bu, əhəmiyyətli humanitar jestdir və eyni zamanda təhvil-təslim prosesi olmadan bunun baş tutması isə diqqətəlayiqdir”, – Toivo Klaar vurğulayıb.
Welcome news today regarding the release of five Armenian detainees by Azerbaijan following the meeting of the leaders in Brussels on 31/8.
Important humanitarian gesture & likewise noteworthy that the handover took place without intermediaries. pic.twitter.com/HU3RrRQrKe— Toivo Klaar (@ToivoKlaar) September 8, 2022
www.102info.az