Bakıda 11 və 16 yaşlı oğlanlar itkin düşüblər.
“Report”un əldə etdiyi məlumata görə, hadisə sentyabrın 7-də paytaxtın Sabunçu rayonu, Bilgəh qəsəbəsində qeydə alınıb.
Belə ki, 2006-cı il təvəllüdlü Şeydabəyov Hüseynağa İlqar oğlu yaşadığı evdən çıxaraq naməlum istiqamətdə gedib və bir daha geri qayıtmayıb.
Bundan başqa, Suraxanı rayonu, Əmircan qəsəbəsində yaşayan 11 yaşlı Hacızadə Ülvi Səxavət oğlunun sentyabrın 5-də evdən gedərək bir daha qayıtmayıb.
Faktlarla bağlı araşdırma aparılır.
www.102info.az