“Biz çalışırıq ki, sağlamlığımızın qeydinə onu itirmək ərəfəsində deyil, hər zaman qalaq”.
Oxu.Az xəbər verir ki, bu sözləri “Liv Bona Dea Hospital”ın baş direktoru Taner Özbək jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, bu gün keçirilən “Türkiyə-Azərbaycan qardaşlığının 360 dərəcə dəyərləndirilməsi” adlı tədbirlə bağlı görüşdə daha çox qadınların üstünlük təşkil etməsi təsadüfi deyildir:
“Biz tarixə söykənən mədəni və işgüzar əlaqələri daha da möhkəmləndirmək üçün mütəmadi yeni layihələr hazırlayırıq. Buna dəstək olmaq üçün çox kampaniyalar həyata keçiririk. Türkiyə-Azərbaycan arasında səhiyyə sektorundakı əlaqələrin daha da möhkəmləndirilməsi üçün bu kimi aksiyaların, layihələrin, konfransların tez-tez təşkil edilməsinə xüsusi diqqət göstəriləcək”.
www.102info.az