Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop koronavirusa yoluxub.
Oxu.Az-ın məlumatına görə, bu barədə onun özü “Twitter” hesabında xəbər verib.
TBMM sədri koronovirus testinin müsbət çıxdığını, bu səbəbdən də Şimali Kiprin Parlament sədri Zorlu Töre və onu müşayiət edən heyətlə keçirilməsi planlaşdırılan görüşün telefonla baş tutduğunu bildirib.
“İkitərəfli əlaqələrimizi, regional prosesləri və parlamentlərarası əməkdaşlığımızı müzakirə etdik”, – deyə o vurğulayıb.
KKTC Meclis Başkanı Sayın Zorlu Töre ve beraberindeki heyetle yapmayı planladığımız görüşmeyi, Covid testim pozitif çıktığı için telefonla gerçekleştirdik. İkili ilişkilerimizi ve bölgesel gelişmeleri, parlamentolar arası işbirliğini değerlendirdik.
— Mustafa Şentop (@MustafaSentop) September 10, 2022
www.102info.az