Britaniya Kraliça II Elizabetin dəfn mərasiminin tarixi açıqlanıb.
Bu barədə Bukingem sarayından məlumat verilib.
Məlumata görə, kraliçanın dəfni sentyabrın 19-da keçiriləcək.
Mərasim yerli vaxtla 10.00-da (Bakı vaxtilə 14.00-da) başlayacaq. Mərasimin keçiriləcəyi tarix qeyri-iş günü olacaq.
II Elizabetin cənazəsi dəfn edilməzdən əvvəl Britaniya parlamenti binasının foyesində dörd gün ərzində nümayiş etdiriləcək və kraliçanın təbəələrinə onunla vidalaşmaq imkanı yaradılacaq.
Mənbə: TASS
www.102info.az