Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“Report”un məlumatına görə, hadisə Xətai rayonunda qeydə alınıb. Avtomobil yolu keçən 2001-ci il təvəllüdlü Məmmədli Səməndər Ələmdar oğlunu vurub.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.
Hadisənin təfərrüatı araşdırılır.
www.102info.az