Tayvan çox sayda dövlətə vizasız girişi bərpa etdi

Dünya

Tayvan koronavirusla əlaqədar üç günlük karantin şərti ilə bəzi ölkələrin sakinləri üçün vizasız girişi bərpa edib.

ABŞ, Böyük Britaniya, Avropa İttifaqı ölkələri, Avstraliya, Yeni Zelandiya, eləcə də 14 kiçik dövlətin vətəndaşları ölkəyə vizasız daxil ola biləcəklər.

Taybey bütün bu ölkələrlə diplomatik əlaqələr saxlayır.

Turistik, biznes, elmi məqsədlər, sərgilərdə iştirak etmək və ya qohumlarını ziyarət etmək üçün ölkəyə vizasız girişə icazə verilir. Turistlər Tayvana daxil olandan sonra üç günlük karantində qalmalıdırlar. Növbəti dörd gün ərzində onlar səhhətlərinə diqqət etməlidirlər.

Mənbə: Lenta.ru

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir