Bakıda bir yaşlı körpənin müəmmalı ölümü: “Adına heç bir sənəd açılmayıb” – YENİLƏNİB

Cəmiyyət

Suraxanı rayonu, Hövsan qəsəbəsində anası tərəfindən yeməyinə hidrogen-peroksid qatılaraq öldürüldüyü iddia olunan bir yaşlı körpə poliklinikada qeydiyyatda olmayıb. 

Bu barədə Hövsan qəsəbəsində yerləşən 16 saylı Uşaq Poliklinikasından Oxu.Az-a verilən məlumatda deyilir:

“Uşağın adına poliklinikada heç bir sənəd açılmayıb. Ailəni tanımırıq. Ailə ilə bağlı heç bir məlumatımız yoxdur”. 

Qəsəbə bələdiyyəsi isə hadisənin onlara aid olmadığını bildirib:

“Məsələdən xəbərimiz yoxdur. Ümumiyyətlə, ailəni tanımırıq və bu məsələ ilə bağlı aidiyyəti qurumlar məşğul olur”.

İcra hakimiyyəti isə zənglərimizi cavabsız qoydu. 

10:23

Sentyabrın 9-da Suraxanı rayonu Hövsan qəsəbəsində 2021-ci il təvəllüdlü uşağın ölməsi barədə Suraxanı Rayon Prokurorluğuna məlumat daxil olub.

Bu barədə Oxu.Az-a Suraxanı Rayon Prokurorluğundan məlumat verilib.

Aparılmış araşdırmalarla zərərçəkmişin anası, 2002-ci il təvəllüdlü Nərgiz Bağıyevanın uşağının yeməyinə hidrogen peroksid qataraq zəhərləməklə qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Suraxanı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Nərgiz Bağıyeva şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. 

İş üzrə istintaq davam edir.

Nəzrin Vahid

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir