“Ermənistanın KTMT və Rusiyaya hərbi dəstək çağırışı hüquqi baxımdan qanunsuzdur”.
Oxu.Az-ın məlumatına görə, bunu rusiyalı hərbi ekspert, “Nasionalnaya oborona” jurnalının baş redaktoru İqor Korotçenko Ermənistanın baş naziri Nikol Paşinyanın KTMT-yə müraciətini özünün “Telegram” kanalında şərh edərkən bildirib.
O, söhbətin lokal sərhəd insidentindən getdiyini qeyd edərək, Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiya olunmadığını xatırladıb və bu halda dövlətlər arasında sərhədin olmadığını, de-fakto təmas xəttinin mövcud olduğunu vurğulayıb.
“Silahlı insidentin mənbəyi Ermənistan tərəfi və onun silahlı təxribatlarıdır. Azərbaycan tərəfi yalnız cavab tədbiri görüb, yəni bu fəaliyyət özünümüdafiə kateqoriyasına aiddir”, – deyə o əlavə edib.
“Azərbaycan işğaldan azad edilmiş ərazilərinin dinc yolla bərpası və inkişafı istiqamətində genişmiqyaslı işlərlə məşğuldur, Ermənistan isə iki il əvvəlki vəziyyətdədir (revanşizm, təhdidlər, təxribatlar)”, – deyən ekspert Moskva və KTMT-nin vəziyyəti həll etmək üçün siyasi və diplomatik üsullardan istifadə etdiyini vurğulayıb.
www.RIA24.az