Binəqədi rayonunda yeniyetmənin nənəsinin bank hesabından oğurluq etdiyi məlum olub.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinə Biləcəri qəsəbə sakini olan bir qadının bank hesabından 1110 manatının oğurlanması barədə müraciət daxil olub.
Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qadının oğurluğu törətməkdə şübhəli bilinən 14 yaşlı nəvəsi müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.
www.102info.az