“Azərbaycan-Ermənistan sərhədində vəziyyətin gərginləşməsi və hər iki tərəfdən hərbçilərin həlak olması Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişelin dəvəti ilə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında Brüssel görüşünün nəticələrindən geriyə doğru addımdır”.
Bunu “Report”a açıqlamasında ABŞ-ın Atlantik Şurasının böyük elmi işçisi, beynəlxalq ekspert və ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Metyu Brayza deyib.
O, buna baxmayaraq, Brüsseldə keçirilən görüşdə Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiyası, həmçinin sülh müqaviləsinin mətninin müzakirəsi ilə bağlı əldə olunmuş razılaşmaların hələ də qorunub-saxlanılacağına ümidvar olduğunu bildirib.
M.Brayza vurğulayıb ki, Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) müraciəti rəsmi İrəvanın Rusiyanı bu vəziyyətə yeni formada cəlb etmək cəhdidir.
Xatırladaq ki, sentyabrın 12-də gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törədiblər.
www.RIA24.az