Britaniyalı jurnalist: “Bu təxribatların əsas səbəbi Paşinyan hökumətinin yürütdüyü yarıtmaz siyasətdir”

Siyasət

Britaniyalı jurnalist Neyl Vatson Ermənistan silahlı qüvvələrinin bölmələrinin sentyabrın 12-də gecə saatlarında Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törətməsinə münasibət bildirib.

Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsindən bildiriblər.

O qeyd edib ki, hazırda sərhəddə baş verən təxribatların əsas səbəbi Paşinyan hökumətinin yürütdüyü yarıtmaz siyasətdir:

“Paşinyan Ermənistan tarixində Qarabağı itirən rəhbər kimi qalmaqdan qorxur. Əvvəlki hakimiyyəti dəstəkləyən ermənilər və erməni diasporu Paşinyan əleyhinə birgə mübarizə aparırlar”.

Britaniyalı jurnalist bəzi xarici qüvvələrin Ermənistanın baş naziri Nikol Paşinyan və Azərbaycan Prezidenti İlham Əliyev arasında keçirilən görüşlərə Avropa İttifaqının vasitəçilik etməsindən qəzəbləndiyinə də toxunub.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir