İş rejimindən bezən çobanın ferma sahibindən “intiqam”ı başına bəla oldu

Kriminal

Samux Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edən rayon sakini ona məxsus 28 baş xırdabuynuzlu heyvanın naməlum şəraitdə oğurlandığını bildirib.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupu məlumat yayıb.

Bildirilib ki, Samux Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş Şükür Hüseynov saxlanılıb. Dindirilmə zamanı saxlanılan şəxs fermerin iş rejimindən narazı olduğu üçün 28 baş xırdabuynuzlu heyvanı oğurlayaraq Goranboy rayonuna apardığını və satdığını etiraf edib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir