Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan cümə günü Səmərqənddə Rusiya prezidenti Vladimir Putinlə görüşüb.
Danışıqlar 40 dəqiqə davam edib.
Liderlərin görüşü Özbəkistanda keçirilən ŞƏT sammiti çərçivəsində keçirilib.
Görüş zamanı Putin Ərdoğana taxıl müqaviləsinin həyata keçirilməsinə verdiyi töhfəyə görə təşəkkür edib. O, Ukrayna taxılının əhəmiyyətli hissəsinin ən kasıb ölkələrə gedəcəyinə ümid etdiyini bildirib.
Rusiya Prezidenti həmçinin Türkiyədə Akkuyu AES-in tikintisi ilə bağlı bütün sualların həll olunduğunu, sənədlərin dünən imzalandığını diqqətə çatdırıb. O, atom elektrik stansiyasının ilk blokunun 2023-cü ildə işə salınacağına inandığını vurğulayıb.
Mənbə: TASS
www.102info.az