Klinika rəhbərini rüşvət verməyə təhrik etməkdə təqsirləndirilən qadına hökm oxunub – FOTO

Kriminal

Bakıda dələduzluqda və rüşvət verməyə təhrik etməkdə təqsirləndirilən Fərdanə Səmədovaya hökm oxunub və o, 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

“Report” xəbər verir ki, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə elan edilib.

İttiham aktına əsasən, F.Səmədova “Hollywood Smile Dent” klinikasının təsisçi və direktoru Şəfayət Zülfüqarovaya özünü Təhsil Nazirliyinin əməkdaşı kimi təqdim edərək dələduzluq edib.

Belə ki, 2021-ci ildə klinika lisenziyasız fəaliyyət göstərdiyinə görə müxtəlif vaxtlarda cərimələnib. Təqsirləndirilən şəxs isə bu kimi məsələlərdə Ş.Zülfüqarovaya yardımçı olacağı vədini verib və ondan ümumilikdə 18 min manat pul alıb. Daha sonra o, verdiyi vədə əməl etməyib.

Ş.Zülfüqarovanın şikayətindən sonra F.Səmədova barəsində dələduzluq və rüşvət verməyə təhrik etmə maddələri ilə ittiham irəli sürülüb.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir