Məhkəmə zalından həbs edilən MTN zabitinin müsadirə olunan əmlakları – SİYAHI

Kriminal

Ləğv edilmiş Milli Təhlükəsizliyi Nazirliyinin (MTN) istintaq idarəsinin rəis müavini, 1-ci şöbənin rəisi polkovnik Yasin Məmmədovun müsadirə olunan əmlaklarının siyahısı məlum olub.

Trend-in məlumatına görə, Bakı Hərbi Məhkəməsinin hökmü ilə Yasin Məmmədovun öz adına və qohumu Fərid Məmmədovun adına rəsmiləşdirilmiş ümumilikdə 278 min 600 manatlıq əmlakı müsadirə olunub.

Həmin əmlaklar:

– Bakı şəhəri Mikayıl Müşfiq küçəsində yerləşən 102 min 200 manatlıq ev;

– Nərimanov rayonu Koroğlu Rəhimov küçəsində yerləşən 104 min manatlıq mənzil;

– Sabunçu rayonu, Ləhiş bağlarında yerləşən 72 min manatlıq torpaq sahəsidir.

Xatırladaq ki, bu gün elan olunmuş hökmə əsasən Ləğv edilmiş Milli Təhlükəsizliyi Nazirliyinin (MTN) Baş İstintaq İdarəsinin rəisi, general-mayor Mövlam Şıxəliyev 12 il, istintaq idarəsinin rəis müavini, 1-ci şöbənin rəisi Yasin Məmmədov 10 il 6 ay, istintaq idarəsinin 2-ci şöbənin rəisi, polkovnik Vüsal Ələkbərov 11 il 2 ay, istintaq idarəsinin metodiki yardım və kriminalistika şöbəsinin rəis müavini Sahib Ələkbərov isə 8 il azadlıqdan məhrum edilib.

Yasin Məmmədov, Vüsal Ələkbərov və Sahib Ələkbərov məhkəmə zalından həbs edilib.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir