Arxiv sənədləri ermənilərin Dağlıq Qarabağa necə yerləşdirildiyini sübut edir – FOTO

Siyasət

“Təkrar biliyin anasıdır”, – deyirlər. Bu səbəbdən ermənilərin Dağlıq Qarabağa gəlmə olduğunu təsdiqləyən bir sıra arxiv sənədlərini göstərmək yaxşı artıq olmaz.

Ondan başlayaq ki, “saatlı bomba” Qarabağa hələ 200 il əvvəl qoyulub.

10 fevral 1828-ci ildə Rusiya və Fars (İran) imperiyaları arasında “Türkmənçay müqaviləsi” bağlandı, hansı ki, 15-ci maddəsinə görə, ermənilərin Naxçıvan və İrəvana köçürülməsini ehtiva edirdi. 1829-cu ildə Köçürülmə Komitəsi yaradıldı. Erməniləri köçməyə maraqlandırmaq üçün onlara böyük imtiyazlar verildi: altı il ərzində vergilərdən, həmçinin hərbi xidmətdən azad edildilər, onlara İrandan alınan təzminatdan müavinət ödənildi və s.

150 il sonra – 1978-ci ildə Dağlıq Qarabağın minnətdar erməniləri ilk məskunlaşmalarının şərəfinə Dağlıq Qarabağ Müxtar Vilayətinin Mardakert rayonunun (Ağdərə) Marquşevan (Maraqaşen) kəndində bir obelisk ucaltdılar. Qeyd edək ki, kəndin Maraqaşen adı təsadüfi deyildi. Burada yaşayan ermənilər İranın Marağa kəndindən mühacirlər idilər.

Ancaq xarici torpaqları ələ keçirmək və “Dənizdən dənizə Böyük Ermənistan” yaratmaq barədə xəstə fikrə düşən ermənilər üçün bu yetərli deyildi. Yaxşı məskunlaşdıqdan sonra onlar özlərini torpağın ağaları kimi hiss etdilər; Zaqafqaziyanın bolşevikləşməsindən sonra Dağlıq Qarabağın rəsmi olaraq Ermənistan SSR-in tərkibinə daxil edilməsini tələb etməyə başladılar.

Lakin 5 iyul 1921-ci RK(b)P MK Qafqaz Bürosunun Plenumu muxtariyyətin qurulması məsələsini nəzərdən keçirərək belə qərara gəldi: “Müsəlmanlar və ermənilər arasında milli sülhün vacibliyi mövqeindən çıxış edərək, Yuxarı və Aşağı Qarabağın iqtisadi əlaqələrini, onun Azərbaycanla daimi əlaqəsini nəzərə alaraq Dağlıq Qarabağı Azərbaycan SSR hüdudlarında saxlayaraq ona Muxtar vilayətin tərkibinə daxil olan Şuşa şəhəri Mərkəz olmaqla geniş vilayət muxtariyyatı hüququ verilsin”.

Eyni protokolla Azərbaycan Mərkəzi Komitəsinə muxtar vilayətin sərhədlərini müəyyənləşdirmək və RK(b)P MK-nin Qafqaz Bürosuna təsdiq üçün təqdim etmək tapşırıldı.

Bu qərarın təkəbbürlü erməniləri çox qəzəbləndirdiyini söyləmək onların kini yanında sanki heç bir şey demək deyil. 1947-ci ildə Azərbaycan əhalisinin Ermənistan SSR-dən “mədəni” şəkildə qovulmasına nail oldular.

1947-ci il dekabr 23-də SSRİ Nazirlər Soveti “Ermənistan SSR-dən kolxozçuların və başqa azərbaycanlı əhalisinin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında” qərar qəbul etdi.

Bu sənədlə Şura 1948-50-ci illərdə Kür-Araz ovalığına 100 min insanın “könüllü” şəkildə köçürülməsinə qərar verdi. Fərmana əsasən, 1948-ci ildə 10.000, 1949-cu ildə 40.000, 1950-ci ildə 50.000 azərbaycanlı köçürülməli idi.

Eyni fərmanla Ermənistan SSR Nazirlər Sovetinə xarici ermənilərin Azərbaycan əhalisi tərəfindən boşaldılmış binalara və yaşayış evlərinə köçürülməsinə icazə verildi. Yeri gəlmişkən, qətnamə SSRİ Nazirlər Sovetinin sədri İosif Stalin və SSRİ Nazirlər Şurası İşlər İdarəsinin rəhbəri Yakov Çadayev tərəfindən qəbul edildi.

Beləliklə, erməni əhalisinin sayı süni şəkildə artırıldı və azərbaycanlılar üzərində dominant oldu.

Ermənistanda qalan azərbaycanlılar isə Qarabağ müharibəsinin başlaması ilə qaçqınlıq taleyi üzləşdi.

Ramella İbrahimxəlilova

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir