“Türkiyənin vasitəçiliyi ilə Rusiya ilə Ukrayna arasında 200 hərbi əsir dəyişdirilib”.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sözçüsü İbrahim Kalın “Twitter” səhifəsində yazıb.
“Prezidentimizin (Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan-red) gərgin diplomatik işi nəticəsində baş verən bu mübadilə ölkəmizin həyata keçirdiyi sülh diplomatiyasının ən mühüm nəticələrindən biridir.
Türkiyə həmişə sülhün tərəfdarıdır”, – Ərdoğanın sözçüsü əlavə edib.
Türkiye’nin ara buluculuğunda Rusya ve Ukrayna arasında 200 savaş esiri mübadele edildi.
Cumhurbaşkanımızın yoğun diplomasi trafiği neticesinde gerçekleşen bu mübadele, ülkemizin izlediği barış diplomasisinin en önemli sonuçlarından biridir.
Türkiye her daim barıştan yanadır.
— İbrahim Kalın (@ikalin1) September 21, 2022
www.102info.az