Azərbaycanda pulu olmayan kişi xəstəxanada 20 gündür ac saxlanılır? – AÇIQLAMA + VİDEO

Cəmiyyət

Gəncədə xəstəxanada yatan vətəndaşa qarşı laqeyd münasibətin göstərildiyi iddia edilib.

Oxu.Az xəbər verir ki, bu barədə məlumat sosial şəbəkədə paylaşılıb.

Bildirilib ki, söhbət Gəncə şəhəri Abbas Səhhət adına xəstəxanada yatan pasiyentdən gedir:

“Yaşlı kişinin ayağı sınıb. Bir həftəyə yaxın müddətdir xəstəxananın ikinci mərtəbəsindəki palatada yatır. Ağrıdan qıvrılır, qışqırır, heç kim yaxın durmur. Pulu yoxdur deyə həkimlər kişiyə baxmır”.

Görüntülərdə kişi 20 gündür ac qaldığını deyib:

“Öldürməyin insanı, Allahdan qorxunuz olsun. Nə deyirəm vurun, ağrıkəsici vurun. İyirmi gün çörək yeməmək nə deməkdir? Başım gicəllənir”.

Məsələ ilə bağlı TƏBİB-ə sorğu ünvanladıq. Oxu.Az-ın sorğusuna cavab olaraq TƏBİB-in əməkdaşı Kənan Kərimov bildirib ki, sözügedən hadisə qurum tərəfindən nəzarətə götürülüb və ictimaiyyətə əlavə məlumat veriləcək. 

Könül Cəfərli

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir