Bakı – Quba yolunda baş vermiş qəza ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsindən Oxu.Az-a bildirilib ki, üzü Şabran istiqamətinə 10-0F-572 nömrəli “Mercedes” markalı mikroavtobus eyni istiqamətdə hərəkətdə olan “Chevrolete” markalı avtomobillə ötmə əməliyyatı apararkən toqquşub:
“Hadisə nəticəsində “Mercedes” markalı nəqliyyat vasitəsinin sürücüsü idarəetməni itirərək maşını aşırıb.
Qəza zamanı bir nəfər həlak olub, 10-a yaxın sərnişin ilkin tibbi yardım göstərilməsi üçün xəstəxanaya müraciət edib”.
19:34
Bakı-Quba yolunda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.
Oxu.Az-ın məlumatına görə, hadisə Bakı-Quba yolunun 140-cı kilometrliyində qeydə alınıb.
İlkin məlumata görə, mikroavtobus aşıb, ölən və yaralananlar var.
Könül Cəfərli
www.102info.az