Erməni cinayətləri nəticəsində zərərçəkənlərin sayı açıqlandı – RƏSMİ

Siyasət

“Bu günə kimi Ermənistanın hərbi-siyasi rəhbərliyi barəsində başlanan cinayət işləri üzrə çoxsaylı istintaq hərəkətləri həyata keçirilib”.

Oxu.Az-ın müxbirinin məlumatına görə, bunu Baş prokuror Kamran Əliyev keçirilən brifinqdə bildirib.

Onun sözlərinə görə, bu günə kimi bu işlərlə bağlı 350 şahid dindirilib:

“İstintaq hərəkətləri çərçivəsində 1715 nəfər zərərçəkmiş şəxs qismində tanınıb və dindirilib. 17 ballistik ekspertiza, 290 məhkəmə-ekspertiza, 20 tibbi-kriminalistik sosioloji ekspertizalar təyin edilib”.

İlhamə Əbülfət

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir