Azərbaycanda avtonəqliyyat vasitəsinin istismarı zamanı üçüncü şəxsin əmlakına və səhhətinə zərər vurma ehtimalları nəzərə alınması məqsədilə risk amilləri üzrə əmsallar (sürücünün yaşı, təcrübəsi, nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxslərin sayı, bölgə, istismar müddəti) müəyyən olunub.
Oxu.Az xəbər verir ki, bu barədə “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası (AVSMMİS) üzrə tətbiq olunacaq yeniliklər” mövzusunda keçirilən təlimdə bildirilib.
Vurğulanıb ki, zərərlərin birbaşa tənzimlənməsi qaydaları yol-nəqliyyat hadisəsində zərərçəkənin avtonəqliyyat vasitəsinə dəyən zərərin həmin avtonəqliyyat vasitəsilə bağlı mülki məsuliyyətini icbari formada sığortalamış sığortaçı tərəfindən ödənilməsini və zərərvuranın mülki məsuliyyətinə görə öhdəlik daşıyan sığortaçı arasında ödəmələrin aparılmasını müəyyənləşdirir.
Bu dəyişikliklər sürücülərin məsuliyyətinin artırılmasını və sığorta şirkətlərinin istehlakçılara daha yaxşı xidmət göstərmələrini motivasiya etməklə, sığortaya ictimai inamın artmasına, bütövlükdə sığorta bazarının inkişafına geniş imkanlar yaradacaq.
Könül Cəfərli
www.102info.az