Avropa İttifaqı İranda etiraz aksiyalarının dağıdılmasını qınayıb – VİDEO

Dünya

Avropa İttifaqı İranda etiraz aksiyalarının dağıdılmasını və ölkə sakinlərinin internetə çıxışına qoyulan məhdudiyyətləri pisləyib.

Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Aİ Komissiyasının vitse-prezidenti Jozep Borrel bununla bağlı bəyanatında nümayişçilərə qarşı güc tətbiqini “əsassız və qəbuledilməz” adlandırıb.

Rəsmi məlumatlara görə, küçə qarşıdurmaları zamanı 40-dan çox insan həlak olub, yüzlərlə insan saxlanılıb.

Bazar günü İran İslam Respublikasında cəmiyyətin klerikallaşmasına və polis zorakılığına qarşı kampaniya çərçivəsində yeni etiraz aksiyaları keçirilib. Hökumət əleyhinə şüarlar da səsləndirilib.

Hadisələrin inkişafı ilə bağlı məlumatlar ziddiyyətlidir. Fəallar bildirirlər ki, təhlükəsizlik qüvvələri etirazçıların tərəfini tutur və hökumət bəzi məhəllələrə və hətta Qərbi Azərbaycan əyalətindəki kiçik Üçnəva şəhərinə nəzarəti itirib.

Ölkənin Daxili İşlər Nazirliyi vəziyyəti nəzarətdə saxlamaqda israr edir və etirazçıları cəzalandırmaqla hədələyir. Hökumət bu etiraz kampaniyasını Qərb ölkələrinin təsiri ilə əlaqələndirir.

Mənbə: Euronews

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir