Müdafiə Nazirliyinin rəhbər heyəti Şəhidlər xiyabanını ziyarət edib

Cəmiyyət

İki il öncə Azərbaycan Ordusu Ermənistanın işğalçı siyasətinə və cəbhəboyu hərbi təxribatlarına cavab olaraq sürətli əks-hücum əməliyyatına start verdi.

Oxu.Az xəbər verir ki, müdafiə naziri Zakir Həsənov və nazirliyin əməkdaşları İkinci Şəhidlər xiyabanında şəhidlərin məzarlarını ziyarət ediblər.

Z.Həsənov məzarlar önünə gül dəstələri qoyaraq şəhidlərin ruhunu bir dəqiqəlik sükutla yad edib.

Qeyd edək ki, Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin əmri ilə qüdrətli Ordumuz 2020-ci il sentyabrın 27-də torpaqlarımızın azadlığı uğrunda mübarizəyə başladı. Rəşadətli Azərbaycan Ordusu 30 il işğalda qalan əraziləri sürətlə düşmən tapdağından təmizlədi.

Azərbaycan Ordusunun sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-hücum əməliyyatı 44 gün davam etdi, noyabrın 9-dək beş şəhər, dörd qəsəbə və 286 kənd işğaldan azad edildi.

Könül Cəfərli

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir