Böyük Britaniyada kraliça II Elizabetin ölümündən sonra hərbi geyimlərdə və poçt qutularında istifadə edilən yeni kral şifrəsinin tətbiqinə başlanılıb.
Bu barədə Bukingem sarayı məlumat yayıb.
Monoqram indi Tüdor tacının təsvirindən, yeni monarxın adının və titulunun baş hərflərindən (C-Çarlz, R-Rex – lat. kral), həmçinin Roma rəqəmindən (III) ibarətdir. Bütün rəqəmlər və hərflər qızılı rəngdədir.
Şotlandiyada şifrə qara rəngdə hazırlanır və əlavə olaraq Şotlandiya tacını təsvir edir.
Yeni milli şifrə şəxsən III Çarlz tərəfindən seçilib. Ona seçim etmək üçün 10 variant verilib.
Qeyd edək ki, II Elizabetin monoqramı Müqəddəs Eduardın tacının və baş hərflərin olması ilə fərqlənirdi.
www.102info.az