Prezidentin köməkçisi onun adından açılmış saxta sosial şəbəkə hesablarını ifşa etdi – FOTO

Siyasət

Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev onun adından açılmış saxta sosial şəbəkə hesabları barədə danışıb.

Bu barədə Hikmət Hacıyev rəsmi “Twitter” hesabında yazıb.

“Hörmətli izləyicilər! Mənim adıma “Twitter”də “@hikmet_hajiyev” və “Telegram”da “Hikmet Hajiyev” kanalı kimi ünvanlar yaradılmışdır. Bundan əvvəl “Instagram” və “Facebook”da belə saxta profillər yaradılmışdı. Mənim yalnız “Twitter”də “@HikmetHajiyev” adlı hesabım vardır”, – deyə H.Hacıyev qeyd edib.

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir