Rusiyalı oliqarxın müsadirə edilmiş yaxtası satılıb

Dünya

Cəbəllütariq hakimiyyəti müsadirə edilmiş, rusiyalı iş adamı Dmitri Pumpyanskiyə məxsus olduğu iddia edilən “Axioma” yaxtasını satıb.

Məlumata görə, sövdələşmənin dəyəri 37,5 milyon dollar təşkil edib.

Yaxtanın alıcısının adı açıqlanmayıb. Hərrac başlamazdan əvvəl səlahiyyətlilər Malta bayrağı altında üzən 72 metrlik gəminin potensial alıcılarından 63 təklif alıblar.

Satışdan əldə edilən gəlirin, Pumpyanskinin kreditorlarına kompensasiyaların ödənilməsinə yönəldilməsi planlaşdırılır.

Qeyd edək ki, Cəbəllütariq Liman İdarəsi Böyük Britaniya hökumətinin Pumpyanskiyə qarşı sanksiyalar tətbiq etdiyini elan etdikdən sonra mart ayında “Axioma”nı müsadirə edib. Təxmini dəyəri 65 milyon funt sterlinq (77 milyon dollar) olan yaxta Pumpyanskiyə məxsus “Pyrene Investments”in 20 milyon dollarlıq borcuna görə ABŞ bankı “JPMorgan”ın tələbi ilə saxlanılıb.

Mənbə: TASS

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir