“Aeroflot” şirkətinin Moskva-İrəvan marşrutu üzrə uçan iki reysi Stavropol diyarının Mineralnıye Vodı hava limanına enib.
Bu barədə hava qovşağından məlumat verilib.
“Moskvadan İrəvana gedən iki reys bizim hava limanına enib. Onların hər ikisi gecə İrəvana yola düşəcək”, – məlumatda bildirilib.
Qeyd olunub ki, təyyarələr “avişirkətin qərarı ilə” Minvodıya enib.
Daşıyıcının mətbuat xidməti təyyarənin enişinin texniki səbəblərlə bağlı olduğunu vurğulayıb.
Mənbə: TASS
www.102info.az