“Haber Türk”: “İlham Əliyevin yüksək əhvalı döyüş meydanında işlərin yaxşı getdiyininin xülasəsi kimiydi”

Siyasət

Türkiyədə Bozok Universitetinin dekanı, “Haber Türk” saytının müxbiri, professor Kürşad Zorlu dünən Türkiyənin keçmiş baş naziri Binəli Yıldırımın başçılıq etdiyi heyətlə Azərbaycan Prezidenti İlham Əliyevin görüşündən yazıb.

O, qeyd edib ki, İlham Əliyev bizi “Evinizə xoş gəldiniz”, deyərək çox xoş qarşıladı.

“Qarabağın işğaldan azad edilməsinin 35-ci günündə qardaş Azərbaycan torpaqlarındayıq. Bəlkə də çox danışılmır, amma Azərbaycanın Qarabağdakı mübarizəsi bütün Türk Dünyası üçün böyük əhəmiyyətə malikdir. Qarabağdakı proses Türkiyə-Naxçıvan -Zəngəzur-Təbriz-Xəzər coğrafi-strateji oxunun geniş bir sahəsini əhatə edir. Bu problemin məqbul hədlər daxilində həll edilməsi, çox güman ki, Avrasiya coğrafiyasında yeni güc tarazlığı yaradacaq.

Bu səbəbdən Azərbaycanın mübarizəsi hər zaman olduğundan daha çox dəstəyə layiqdir”, – K.Zorlu yazır.

O, bildirib ki, gənclərin “Türkiyə biz sizinləyik” pankartları ilə qarşılaması onlara duyğu dolu anlar yaşadıb.

Zorlu qeyd edir ki, Prezident İqamətgahına gedən yollarda qoyulan lövhələr diqqət çəkib:

“Qarabağda işğal olunmuş və azad edilmiş vilayətlərə neçə kilometr qaldığını göstərən lövhələr var idi. Çox mənalı idi”.

“Prezident İlham Əliyev “Evinizə xoş gəlmisiniz!”, – deyə bizi salamladı. Əhvalı çox yüksək idi. Elə bu mənzərə özü döyüş meydanında işlərin yaxşı getdiyininin xülasəsi kimiydi”, – Zorlu yazır.

O, bildirib ki, İlham Əliyev ilk növbədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğandan və onun Azərbaycana dəstəyindən bəhs edib:

“Onun ağlı və qəlbi həmişə buradadır. Əgər Türkiyənin əzəl gündən bizim yanımızdakı qərarlı duruşu olmasaydı bəzi ölkələrin səsi başqa çür də çıxa bilərdi”.

Zorlu yazır ki, “iki lider arasındakı yaxın münasibətlər “bir millət, iki dövlət” deyiminə yaraşan şəkildədir… Xarici işlər naziri Mövlud Çavuşoğlunun ziyarətinə iki liderin bir gün əvvəlki görüşündən bir neçə dəqiqə sonra qərar verilib. Həm də çox vacib bir məsələdən sonra. Prezident Ərdoğanın İ.Əliyevə “Hal hazırda vəziyyət necədir? İşğalı nə vaxt bitirəcəksiniz?” sualına Əliyev “İrəlilədikcə görürük ki, hər yeri dağıdıblar – evləri, məktəbləri, muzeyləri, məscidləri, camiləri… Zəngilandakı qızıl mədənlərini istismar ediblər. Bunların dəqiq və obyektiv şəkildə müəyyənləşdirilməsinə ehtiyac var”, – deyə cavab verib.

Bundan sonra Mövlud Çavuşoğlu eyni gün Bakıya gəlib. Cənab Çavuşoğlu da açıqlamasında bunu vurğulamışdı.

Bu məsələ çox vacibdir.

Prezident Əliyev gündəmdə əks olunmayan bir irəliləyişi da bildirdi. Ermənistan Aİ (Avropa İttifaqı) vasitəsi ilə cəhdlər göstərdi və müharibə səbəbi ilə Qarabağdan Ermənistana köçən insanları (guya təqribən 90 min nəfər) gündəmə gətirdi.

“Ancaq heç kim əsl torpaqlarından qovulmuş bir milyondan çox Azərbaycan türkünü düşünmür. 2009-cu ilə qədər bu insanların bir qismi çadırlarda yaşayırdı. Bütün münbit torpaqlarımızı ələ keçirdilər. Məsələn, əsas mədənlərimiz Kəlbəcərdədir. İnşallah bu işi bitirəcəyik …”, – İ.Əliyev vurğulayıb.

Binali Yıldırım hamıya maraqlı gələn sualı verib: “Şuşada vəziyyət necədir?”.

“Sadəcə bir şeyi deyə bilərəm. Azərbaycan ordusu Şuşaya nəfəs qədər yaxındır…

Ərazi şəraitinə görə çox diqqətli davranırıq. Ermənistana davamlı olaraq silah və hərbi texnika gəlir. İndiyə qədər 300-dən çox tankı və 8 S300 hava hüçumundan müdafiə sistemini məhv etmişik. Bunlar S400-dən zəifdir. Bu silahları Gürcüstan üzərində daşımağı sınadılar və bacarmadılar. Sonra cinayət törədərək mülki təyyarələrlə daşıdıqlarını bilirik. Bununla bağlı beynəlxalq orqanlara da müraciət etdik, amma nəticə olmadı”, – Əliyev bildirib.

Zorlu deyir ki, Əliyevdən Ermənistanın baş naziri Paşinyana ünvanlandığı sərt sözlər barəsində də soruşduq:

“Siz Paşinyana “düşük” demisiniz, bu doğrudur?”

Əliyev cavab verib: “Bəli, doğrudur. Hələ az demişəm…”.

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir